Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 1 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd patron darağı və 2068 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmin gün əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
XQ