Horadiz–Ağbənd yolunun tikintisi davam etdirilir

post-img

Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirildiyinə görə, ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi davam etdirilir. 

Məlumatda vurğulanır ki, adıçəkilən bağlantı yolu və körpü layihəsi Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomo­bil yolunun 111,8 kilometrliyindən ayrılır. Hazırda 7,2 kilometrlik bağlantı yolunda süni qurğuların, həmçinin torpaq yata­ğının tikintisi davam etdirilir. Araz çayı üzərində uzunluğu 374 və eni isə 27,6 metr təşkil edəcək avtomobil körpüsü­nün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə körpü üzə­rində 2,8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.

“İran İslam Respublikasının ərazi­sindən keçməklə Azərbaycan Respubli­kasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası ara­sında yeni kommunikasiya bağlantıları­nın yaradılması haqqında Anlaşma Me­morandumu” çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və qədim diyara gediş-gəlişin asanlaşdı­rılmasına xidmət göstərəcək. Tikiləcək avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti isə 1100 ədəd yük-nəqliyyat vasitələrin hərəkətini təşkil edəcək.

XQ

Son xəbərlər