Ödənişli xidmətlər 14 faiz artıb

post-img

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ildə keçən illə müqayisədə 14 faiz artaraq 11 milyard 412 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda bildirilir ki, həmin göstəricinin 8 milyard 652 mil­yon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub. Bu da xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlə­rin dəyərinin 2 milyard 560 milyon ma­natı dövlət, 8 milyard 852 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir sakin orta hesab­la 1124 manatlıq və yaxud 1 il əvvələ nisbətən 205 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

XQ

Son xəbərlər