Şuşanın “ASAN”ı olacaq

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin mediaya bildirdiyinə görə, hazırda Şuşada “ASAN xidmət” mərkəzinin yaradılması ilə bağlı işlər gedir. Gələcək illərdə isə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərəcəyi planlaşdırılır. 

Qeyd edək ki, dövlət orqanları tərə­findən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçiril­məsini gerçəkləşdirmək məqsədi daşı­yan “ASAN xidmət” mərkəzləri Azərbay­can Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnova­siyalar üzrə Dövlət Agentliyinin tabeliyin­də Azərbaycan Respublikası Preziden­tinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılıb. 

XQ

Son xəbərlər