Qazaxıstan və Qırğızıstanda zəlzələ olub

post-img

Bu gecə Qazaxıstabda və Qırğızıstanın Qızıl-Su əyalətində güclü zəlzələ baş verib. Zəlzələnin Qızıl-Suda 7,0 bal, Qazaxıstanın keçmiş paytaxtı Almatıda isə 6,7 bal gücündə olduğu bildirilir. Məlumatı “İnterfaks.ru” verib. 

Almatıda ötən gecə baş vermiş zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, bu barədə şəhər səhiyyə idarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 7 nəfərə bütün lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib, bir nəfərin vəziyyəti ağır qiymətləndirilir və o, xəstəxanaya yerləşdirilib.

Almatı Təhsil İdarəsinin mətbuat xidməti bildirib ki, şəhərin bütün məktəb və kolleclərində birinci növbəli dərslər ləğv edilib. Uşaq bağçaları normal rejimdə fəaliyyət göstərəcək”, - deyə idarədən bildirilib.

Qeyd edək ki, bu gecə Almatı sakinləri güclü yeraltı təkanlar hiss ediblər. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental ekspedisiyasının məlumatına görə, 6,7 bal gücündə zəlzələnin episentri Qazaxıstan və Qırğızıstan sərhədində yerləşib.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər