GUAM-ın missiyası da seçkiləri izləyəcək

post-img

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini beynəlxalq təşkilatların müşahidəçiləri də izləyəcək. Beynəlxalq müşahidəçilər sırasında GUAM-ın nümayəndələri də var. Qurumun katibliyindən vereilən məlumata görə, təşkilatın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

Beş nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Ra­dasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymu­raz Kiladze daxildir.

GUAM-ın müşahidə missiyası səsvermədən son­ra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər