Ali Radanın nümayəndələri ölkəmizdə seçkiləri müşahidə edəcəklər

post-img

Ukrayna Ali Radasından verilən məlumata görə, təşkilatın nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.

Müşahidə missiyasına ukraynalı deputatlar – Uk­rayna–Azərbaycan parlamentlərarası dostluq qru­punun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondrat­yukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir.

Ukrayna Ali Radasının müşahidə missiyası fev­ralın 4-8-də Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.

Əliqismət BƏDƏLOV
XQ

 

Son xəbərlər