Laçında 5 seçki məntəqəsi yaradılıb

post-img

121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər davam edir.

On gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. Treninq za­manı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzv­lərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırla­nan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani mate­riallar da təqdim olunur. 

121 saylı Laçın seçki dairəsində fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi 109 məntəqədə keçiriləcək. Laçın rayonundan olan se­çicilər respublikanın müxtəlif şəhər və rayonlarında səs verəcəklər. Məntəqələrin beşi işğaldan azad edil­miş ərazilərdə yerləşir.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər