Məhkumlar da səs verəcəklər

post-img

Azərbaycanda Prezident seçkilərinin təyin olunması ilə bağlı 07 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələrək Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində müşavirə keçirilib.

Müşavirədə qarşıdan gələn növbədənkənar prezident seçkilərinin dövlətimiz və xalqımız üçün əhəmiyyətindən danışılıb, işğaldan azad edilmiş ərazilər əhatə olunmaqla respublikamızın bütün ərazisində baş tutacağı xüsusilə vurğulanıb. Seç­kinin qanunvericiliyin tələblərinə tam uyğun və bü­tün müəssisələrdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə tapşırıq və tövsiyələr verilib.

Qeyd olunub ki, Penitensiar xidmətin tabe qu­rumlarında saxlanılan azadlıqdan məhrum edilmiş məhkumların və həbs edilmiş şəxslərin, eləcə də Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların seçki qanunvericiliyinə uyğun hüququnun təmin edilməsi, seçkilərə hazır­lıq, seçki məntəqələrinin təşkili və seçici siyahısının hazırlanması məqsədilə Penitensiar xidmətin Seçki Qərargahı və Seçki Komissiyası yaradılıb. Həmçi­nin əməkdaşların da seçkilərdə iştirakının vacibliyi qeyd edilib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər