“ORACLE ADVISORY GROUP” seçkiqabağı sorğu keçirəcək

post-img

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Azərbaycanda keçirilə­cək növbədənkənar prezident seçkiləri ilə bağlı apardığı seçkiqabağı sorğuya dair tədbir təşkil edib. Tədbirdə təmsil etdiyi təşkilat barədə məlumat verən Vlada Galan “ORACLE ADVISORY GROUP” təşkilatının ABŞ, Macarıstan, Rumıniya, İsrail, Çexiya da daxil olmaqla, dünya­nın bir çox ölkələrində seçki prosesini izlədiyini bildirib. O deyib ki, Azərbaycandakı seçkilər onların iştirak etdikləri 25-ci qlobal səsver­mə olacaq. V.Galan ölkəmizdə keçirilən seçkilərdə artıq 5-ci dəfədir iştirak etdiklərini bildirib. Bəlli olub ki, təşkilat prezident seçkilərini üçüncü dəfə izləyəcək.

Təşkilatın digər nümayəndəsi George Brinbaum Azərbaycanın 40 bölgəsində səsverməni müşa­hidə edəcəklərini deyib. O, Qara­bağ və Şərqi Zəngəzura da gedə­cəklərini və əsasən, 4-5 mövzu üzrə sorğular aparacaqlarını bə­yan edib. Buraya əsasən, ölkənin iqtisadi vəziyyəti, təhlükəsizliyi, Qarabağdakı qazanılan uğurlar daxildir. Onun dediyinə görə, 25 nəfərdən ibarət nəzarətçi respub­likanın 500 məntəqəsində müşa­hidə aparacaq. Sorğuda alimlərin, ziyalıların fikirləri də öyrəniləcək.

Hər 3 saatdan bir daxili he­sabatın hazırlanacağını diqqətə çatdıran “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndə­si seçkiqabağı sorğu ilə bağlı nəti­cələrin gələn həftə açıqlanacağını diqqətə çatdırıb.

Növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün MSK-yamüraciət edənlərdən biri də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Liqa “exit-poll”uABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirə­cək.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər