Ombudsman Aparatı seçki hüququnun tam gerçəkləşməsinə çalışır

post-img

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası ilə birgə fəaliyyət planı tərtib etdiklərim bildirib. Fəaliyyət planına əsasən, ölkədə silsilə tədbirlər keçirilir. İlk tədbirlər Bakı, Gəncə şəhərlərində, Şəki, Quba və Naxşıvanda olub.

S.Əliyeva tədbirlər çərçivəsin­də vətəndaşların seçki hüququ­nun təmini haqqında təlimlər keçirildiyini vurğulayıb və bunun davamlı olacağını bildirib. O qeyd edib ki, Ombudsman təsisatı digər hüquqlar kimi seçki hüquqları da daxil olmaqla, vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl iş­lər görür, ölkəmizdə seçki hüquq­larının təmini vəziyyətini daim diqqətdə saxlayır, vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi vəziyyətini öyrənir, eləcə də Mərkəzi Seçki Komissi­yası ilə birgə silsilə maarifləndir­mə tədbirləri təşkil edir.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər