Dünyanın aparıcı media qurumları seçkilərə böyük maraq göstərir

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək istəyən beynəlxalq müşahidəçilərin sayı durmadan artır. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən verilən məlumata görə, beynəlxalq müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərilən beynəlxalq təşkilatların əksəriyyəti müsbət cavab verib.

Məlumatda bildirilir ki, XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna, Müstəqil Dövlətlər Birliyinə, İslam Əməkdaşlıq Təş­kilatı, Şanxay Əməkdaşlıq Təşkilatına, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM), Türk Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına dəvət məqsədilə müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən həmin təşkilat­lar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri izləməyə çağırılırlar. Dəvət göndərilən təşki­latların əksəriyyəti seçkilərə müşahidəçi göndərəcə­yinə razılıq verib. 

Növbədənkənar president seçkilərini izləmək məqsədilə dünyanın aparııcı medialarından da çox­saylı müraciətlər daxil olub. Akkreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə mə­lumat veriləcək.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər