Xaricdə də səsvermə təşkil ediləcək

post-img

Fevrlın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində xarici ölkələrdə uzunmüddətli ezamiyyətdə olan və ölkədən kənarda təhsli alan tələbələr – Azərbaycan vətəndaşları öz seçki hüquqlarından rahat istifadə edə biləcəklər. Bundan ötrü Xarici İşlər Nazirliyi tərəfindən artq müvafiq tədbirlər görülüb. Diplomatik nümayəndəlik və konsulluqlarımız öz tərəflərindən xaricdə yaşayan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahılarını hazırlayaraq Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Beləliklə, Seçki Məcəlləsinə əsasən, konsulluq siyahısına düşmüş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqda seçki məntəqələri yaradılıb.

MSK-ya təqdim edilmiş məlumatlar əsasında, ümumilikdə, 37 ölkədə 49 seçki məntəqəsi yaradı­lıb. Bu məntəqələrdən 19-u Avropanın payına dü­şür. Belə ki, İsveç, Norveç, Finlandiya və Danimar­kada olan Azərbaycan vərtəndaşları Stokholumda, İsveçrədə yaşayan həmvətənlərimiz Bern şəhərində, Böyük Britaniya və Şimali İrlandiya Krallğında yaşa­yan vətəndaşlarmız Londondakı səfirliklərimizdə səs verəcəklər. Fransada yaşayan, yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşları Parisdəki, Almaniyada yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz Ber­lindəki Azərbaycan səfirliyinin Mədəniyyət mərkəzlə­rində, Belçika Krallığı və Lüksemburq Böyük Her­soqluğunda yaşayan vətəndaşlarımız Brüsseldəki Azərbaycan səfirliyində, Çex Respublikasında yaşa­yan seçki hüququ olan həmvətənlərimiz isə Praqakı səfirliyimizdə yaradılan 43 saylı seçki məntəqəsində səs verəcəklər. 

Xaricdə yaşayan həmvətənlərimiz builki seç­kilərdə seçki məntəqələrinə qürurla, qalib ölkənin vətəndaşı kimi üz tutacaqlar. İndi hər birimiz, dünya azərbaycanlıları ərazi bütövlüyünü tam təmin etmiş suveren bir ölkənin – Azərbaycanın vətəndaşlarıyıq. Bu gün hər bir Azərbaycan vətəndaşı bunun qüruru­nu yaşayır. Xaricdə yaşayan həmvətənlərimiz də bu qürur və iftixarla səsverməyə gedəcəklər.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər