MSK-ya daxil olan müraciətlər Baş Prokurorluqda araşdırılacaq

post-img

Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının növbəti iclasında komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda əvvəlcə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxil olmuş mü­raciətlə əlaqədar, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərə­findən hərtərəfli və obyektiv araşdırma aparılıb. Araşdırmadan sonra müvafiq rəy verilib və seçki qa­nunvericiliyində nəzərdə tutulmuş müddətdə və qay­dada, operativ şəkildə iclasa çıxarılaraq komissiya üzvlərinin müzakirəsinə təqdim olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə qərar verilib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər