COP29 Təşkilat Komitəsinin ilk iclası

post-img

Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Azərbaycan Respublikası Preziden­tinin Administrasiyasının rəhbəri, Təş­kilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mü­hit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması öhdəliyini götürdüyünü, iş­ğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının “Ya­şıl enerji” zonası elan edildiyini bildirib. Samir Nuriyev Azərbaycan Respublika­sı Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının ölkəmiz­də ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl döv­lət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.

Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələ­ri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Samir Nuriyev Azərbaycanda iqlim dəyişmələrinə qar­şı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edildiyini və dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cusessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizə bey­nəlxalq səviyyədə olan hörmət və eti­madın bariz göstəricisi kimi dəyərləndi­rildiyini bildirib. 

Təşkilat Komitəsinin sədri 2023-cü il dekabrın 15-də Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə verdiyi tapşırığa toxunaraq, təd­birin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcə­yini bildirib. 

Samir Nuriyev bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Katibliyinin Azərbaycana texniki missiya göndərəcəyini, dialoq şəraitində hazırlıq işlərinin aparılacağı­nı bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zə­ruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin mə­suliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəlki illərdə COP-a ev­sahibliyi etmiş ölkələrlə təcrübə müba­diləsi apardığını diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər nazi­ri, COP29-un müəyyən edilmiş pre­zidenti Muxtar Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əli­yevin COP29-la bağlı verdiyi tapşırıq­ların icrası istiqamətində görülmüş iş­lər barədə məlumat verib və ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qey­ri-hökumət təşkilatları, vətəndaş cə­miyyəti, yerli və beynəlxalq media və digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğunu vurğulayıb.

Sonra Təşkilat Komitəsinin üzvlə­rinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsi­nin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər məsələlər üzrə tapşırıqlar verilib.

XQ



Son xəbərlər