Füzuliyə köçən sakinlərə maarifləndirmə təlimi

post-img

Füzuli şəhərinə növbəti mərhələdə köç edən sakinlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

ANAMA-dan bildiriblər ki, təlimlərdə sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükə­sizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırışlar edilib.

Agentlik nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb.

XQ

Son xəbərlər