Azərbaycanı Küveytlə ortaq dəyərlər birləşdirir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Küveyt Ümmət Məclisinin Küveyt–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Spiker vurğulayıb ki, bu gün ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bildirilib ki, siyasi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.

Görüşdə qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafında ali və yük­sək səviyyəli qarşılıqlı səfərlər və gö­rüşlər müstəsna rol oynayır.

S.Qafarova ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərimi­zin müsbət rolunu vurğulayaraq bildi­rib ki, parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda yaxşı əməkdaşlıq əlaqələri mövcud­dur. Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatının Parlament Məclisi çərçivəsində mövcud olan əməkdaşlıq Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçi­vəsində də uğurla davam etdirilir. 

Küveyt Ümmət Məclisinin Küveyt–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəm­məd Haif Əl-Muteyri xalqlarımız ara­sında bir çox ortaq dəyərlərin mövcud olduğunu bildirərək, ölkəsinin Azərbay­canı yaxın ölkə hesab etdiyini qeyd edib. O, deyib ki, Azərbaycan Küveyt üçün çox mühüm ölkələrdən biridir. Məhəmməd Haif Əl-Muteyri Küveytin ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaş­lığın inkişafında maraqlı olduğunu bil­dirib. 

Milli Məclisin Sədri post-münaqişə dövründə regiondakı vəziyyət, Azər­baycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi nəhəng quruculuq və bərpa işləri barədə də məlumat verib. 

Dostluq qrupunun rəhbəri Azər­baycanı öz torpaqlarını işğaldan azad etməsi və suverenliyini bərpa etməsi münasibətilə təbrik edərək deyib ki, Küveytin mövqeyi hər zaman birmənalı olub və Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər