Müstəqil Media Mərkəzi aşkarlığın önəmli tribunasıdır

post-img

Mərkəzi Seçki Komissiyasının səd­ri Məzahir Pənahov prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, səsvermədən sonra bütün proseslərin aşkar həyata keçirilməsi üçün Müstəqil Media Mərkəzi vasitə­silə şərait yaradılır. Azərbaycana gələn nümayəndələr, seçkilərlə maraqlanan tərəflər istədikləri vaxt burada mətbu­at konfransları keçirə bilərlər.

M.Pənahov deyib ki, Mərkəzi Seç­ki Komissiyası olaraq çalışmışıq ki, bu proseslərdə iştirak edək. Əgər hansısa problem yaranarsa, MSK səlahiyyətlə­ri çərçivəsində dərhal tədbir görüləcək. O, MSK-nın Müstəqil Media Mərkəzinin fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. M.Pənahov mətbuat­sız heç bir ölkəmiqyaslı prosesin hansı səviyyədə keçirilməsini dünya ictimaiy­yətinə çatdırmağın mümkün olmadığını bildirib.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər