MSK sədri “Seçki-2024” Media Mərkəzində

post-img

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edilir. Bu məqsədlə müxtəlif statuslu seçki subyektləri üçün əlverişli şəraitin və imkanların yaradılması istiqamətində silsilə layihələr reallaşdırılır.

Dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qarşıdan gələn seçkilərlə əlaqədar fəaliyyətə başlayan MSK-nın “Seçki-2024” Müstəqil Media Mərkəzində olub və komissiya üzvləri, həmçinin Katibliyin təmsilçilərinin iştirakı ilə mərkəzə baxış keçirilib. M. Pənahov mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. O, yerli və beynəlxalq media nümayəndələrinin prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə et­mələrinin, seçki prosesinin digər iştirak­çılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğu­layıb. 

MSK sədri həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də, ümumiy­yətlə, prezident seçkilərinə hazırlıqların gedişi barədə media nümayəndələrinə açıqlama verərək deyib ki, Müstəqil Me­dia Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaf­lığın yüksək səviyyədə təmin edilməsin­də mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar yaratmaqdır. Mərkəz seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlan­dırmaqda, habelə məlumatları almaqda, dərhal ictimailəşdirməkdə onlara yardım­çı olacaq. Media nümayəndələri müasir informasiya-kommunikasiya texnologiya­ları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan mərkəzdəki kompüterlər­dən, telefon və faks aparatlarından, o cümlədən ödənişsiz internetdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Azərbay­can, ingilis və rus dillərində müntəzəm olaraq seçkilərə dair ən son məlumatları təqdim edir. Seçki prosesi ilə bağlı müxtə­lif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və videogörüntülər yayılır.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər