MDB Müşahidə Missiyasının nümayəndə heyəti MSK-da

post-img

Yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibli­yinin Media və kommunikasiya şöbə­sindən bildiriblər ki, Məzahir Pənahov qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunma­sında müşahidəçilik institutunun mü­hüm rol oynadığını vurğulayan MSK sədri rəhbərlik etdiyi ali seçki qurumu­nun beynəlxalq təşkilatlarla əməkdaş­lığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, beynəlxalq müşa­hidəçilərin Azərbaycanda keçirilən seç­kilərə böyük maraq göstərməsini yük­sək qiymətləndirib.

Səmimi görüşə görə minnətdarlığını bildirən MDB Baş katibinin birinci müa­vini Leonid Anfimov prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat ve­rilməsini xahiş edib.

M.Pənahov qarşıdan gələn seçkilə­rin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar, real­laşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Görüş çərçivəsində, həmçinin qar­şılıqlı maraq doğuran məsələlər müza­kirə edilib və fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər