ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR

post-img

Əziz həmvətənlər,

Dəyərli seçicilər, 

Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Müzəffər oğlu Həsənquliyevin “Böyük dəyişik­liklər” adlanan seçki platformasının dövlət quruculuğu ilə bağlı hissəsini müzakirənizə təqdim edirik:

 - Qarabağ üzərində dövlət suveren­liyinin bərpası münasibətilə geniş am­nistiya aktının qəbulu;

- 9 ay ərzində dövlət idarəetməsinin parlament respublikası modelini əsas götürən yeni Konstitusiyanın qəbulu;

- 2025-ci ilin fevralında yeni Kons­titusiyaya uyğun olaraq proporsional seçki sistemi əsasında yeni parlament seçkilərinin keçirilməsi

- Yeni Konstitusiyada ölkəmizin Şi­mali Azərbaycan Cümhuriyyəti adlan­dırılması;

- Dövlət hakimiyyətinin həyata ke­çirilməsində hakimiyyətin bölünmə­si (hakimiyyətin ayrı-ayrı qollarının bir-birinə nəzarət etməsi və balans ya­ratması) prinsipinə real məzmun veril­məsi

- Milli Məclisin Ali Məclis adlandırıl­ması;

- Çoxpartiyalı sistemin inkişafı üçün parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunmasının konstitusion əsa­sının yaradılması və hər bir partiyaya və ya partiyalar blokuna Ali Məclisə keçirilən seçkilərdə topladığı səsdən asılı olmayaraq yerlərin 2/3-dən artı­ğına sahib olmanın qadağan edilməsi;

- Yeni Konstitusiyaya uyğun olaraq yeni Seçki Məcəlləsinin qəbulu;

- Bürokratik aparatın müstəqil siya­si qüvvə kimi siyasi sistemdə çıxış et­məsinə, o cümlədən siyasi vəzifələrə kadrlar seçməsinə son qoyulması

- Parlamentdə 5 il müddətinə seçilə­cək prezidentə məhdud səlahiyyətli “seremonial şəxs” status verilməsi, icra hakimiyyətinin başında Baş Nazi­rin dayanması;

- Baş Nazirin namizədliyinin parla­ment seçkilərində qalib gələn siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi və Ali Məc­lisdə seçilməsi

- Dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması və dövlət aparatını çevik və yığcam et­mək üçün məmurların sayının 1/3-dək azaldılması;

- Millət vəkillərinin 4 il müddətinə seçilməsi, onların sayının 151 nəfərə çatdırılması;

- Ali Məclisin Daxili Nizamnaməsin­də parlament fraksiyalarına idarəet­mədə geniş yer verilməsinin nəzərdə tutulması, fraksiya nümayəndələrinin parlament sədrinin müavinləri, eləcə də komitə sədrləri və müavinləri sə­viyyəsində təmsil olunmaları;

- Yerli rəy sorğuları keçirmədən insanların normal həyatını pozan şəhərdaxili kütləvi mədəni və idman tədbirlərinin keçirilməsinin qadağan olunması, o cümlədən, Bakı sakin­ləri arasında Formula - 1 yarışları ilə əlaqədar rəy sorğusunun keçirilməsi;

- Hesablama Palatası sədrinin və auditorlarının yarıdan çoxunun parla­mentdə müxalifəti təmsil edən siyasi partiyaların təqdim etdiyi namizədlər sırasından seçilməsi

- Büdcə və büdcəyə nəzarət ko­mitəsinin yaradılması, adıçəkilən qu­rumun sədrinin və üzvlərinin yarıdan çoxunun Ali Məclisdə müxalifəti təm­sil edən siyasi partityalar və siyasi partiyalar bloklarının təmsilçiləri sıra­sından seçilməsi; 

- Dövlətin idarəetmə xərclərini azaltmaq, regionların inkişafına nail olmaq, yerli hakimiyyət orqanlarının formalaşdırılmasında xalqın iştirakı­nı təmin etmək üçün ölkədə mövcud olan rayonlar ləğv edilərək onların ye­rində inzibati ərazi vahidi kimi 15 regi­onun yaradılması;

- Regionun 25, yaxud 31 nəfərdən ibarət məclislərinin, məclisdə isə regi­onun rəhbərinin seçməsi;

- Hər yaşayış məntəqəsinin öz bələ­diyyəsinin olması;

- Naxçıvan MR-də yerli əhalinin “na­zirlər və məmurlar ordu”sundan xilas ediməsi, dövlət idarəetmə xərclərinin əhəmiyyətli səviyyədə azaldılması, Naxçıvanın muxtar dövlət statusunun ləğv edilməsi və muxtar ərazi kimi 15-ci region statusunun verilməsi (Qeyd: Naxçıvanın muxtar respulika statusu­nun saxlanılmasının tərəfdarları Mos­kva və Qars müqavilələrinə istinad edirlər (Həmin müqavilələrdə Naxçı­vanın muxtar ərazi kimi Azərbayca­nın tərkibində olması nəzərdə tutulur, respublika, vilayət, yaxud mahal kimi yox);

- Naxçıvanın azad iqtisadi zona elan olunması;

- Hakimiyyətin hədsiz mərkəzləş­məsinə son qoyulması, mərkəzi icra hakimiyyəti orqanlarının regionlarda səlahiyyətlərinin ciddi şəkildə məh­dudlaşdırılması və regionlara geniş özünüidarə səlahiyyətlərinin verilməsi

- Konstitusiyaya nəzarət məqsədilə Baş Nazir tərəfindən regionlar üzrə valilərin (səlahiyyətli nümayndələrin) təyin olunması;

- Korrupsiyaya Qarşı Mübarizə Ko­missiyasının dövlət hakimiyyət orqan­larında təmsil olunmayan, 50%-i parla­mentdə müxalifəti təmsil edən siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən müstəqil şəxslərdən təşkil edilməsi;

- Dövlət hakimiyyət orqanlarında siyasi vəzifə daşıyan, dövlət idarə, müəssiə və təşkilatlarında vəzifə tutan və vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayətin törədilməsində işti­rak edən şəxslərin əməllərinin korrup­siya cinayətləri hesab olunması

- Vergi ödəyicilərinin ödədiyi illik verginin həcminin ictimaiyyət üçün açıq olması;

- Dövlət satınalmalarında şəffaflığın artırılması üçün əlavə hüquqi mexa­nizmlərin yaradılması;

- Prezidentin, Baş Nazirin, deputat­ların və hakimlərin vəzifədən kənarlaş­dırılmasının (vəzifə səlahiyyətlərinə xitam verilməsinin ) yalnız ağır cinayət törətdikdə və bu barədə Ali Məhkəmə­nin rəyi olduqda mümkün olması və həmin şəxslərin hamısı üçün vəzifə­dən kənarlaşdırmanın eyni prosedur qaydalarının tətbiq olunması;

- Məhkəmə sistemində islahatların davam etdirilməsi, vətəndaşları və sahibkarları məmur özbaşınalığından qoruya bilən, mülkiyyət toxunulmaz­lığına təminat verən güclü məhkəmə hakimiyyətinin formalaşdırılması;

- Andlı iclasçılar institutunun tət­biqi, hakimlərin ömürlük seçilməsi və onların sosial müdafiəsinin gücləndi­rilməsi, hakimlərin sayının 2 il ərazin­də Avropa standartlarına çatdırılması (Qeyd: Avropada hər 100 min nəfərə 20 hakim düşürsə bizdə bu rəqəm 6-dır);

- Konstitusiya Məhkəməsinin ləğv olunması, qanunların izahının veril­məsi hüququnun qanunu qəbul edən orqana – Ali Məclisə, qanunların iza­hı ilə əlaqədar Ali Məclisə müraciət hüququnun qanunvericilik təşəbbüsü subyektlərinə verilməsi;

- Vəkillərin sayının 2 il ərzində Avro­pa standartlarına çatdırılması (Qeyd: Avropada 100 min nəfərə 147 vəkil dü­şürsə, bizdə bu rəqəm 23-dür);

- Sahibkarlara qarşılıqlı razılıq əsa­sında xarici arbitrajlara müraciət et­mək hüququnun verilməsi;

- İstisnasız olaraq birinci instansiya məhkəmələrində ən azı 5 il işləmiş ha­kimlərin Apellyasiya Məhkəmələrinin hakimi seçilə bilməsi, eyni qaydada ən azı 5 il Apellyasiya Məhkəməsinin hakimi işləmiş şəxsin Ali Məhkəmə­nin müvafiq kollegiyasına seçilmək hüququnun nəzərdə tutulması;

- Azərbaycan Respublikasının va­hid Dövlət İstintaq Komitəsinin yara­dılması, Baş prokuror və ədliyyə naziri vəzifələrinin birləşdirilməsi, prokuror­luğun Ədliyyə Nazirliyinin tərkibinə daxil edilməsi;

- Böyük ictimai rezonans doğur­muş və cəmiyyət tərəfindən obyektiv araşdırılmasına şübhələr olan cinayət işlərinin istintaqının yenilənməsi və andlı iclasçıların iştirakı ilə məhkəmə­də yenidən baxılması;

- Yuxarıda qeyd olunan vəzifələri həyata keçirmək üçün yeni parlament seçkilərinə qədər milli birlik hökuməti­nin formalaşdırılması.

Siyasət