Prezidentliyə namizəd Fuad Əliyevin SEÇKİ PLATFORMASI

post-img

Hörmətli Azərbaycan Respublikasının vətəndaşları!

Əziz seçicilər!

7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar olacaqdır.

Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşatmaq, ata-ba­balarımızdan bizə əmanət qalan dövlətçiliyimizi əmin dövlət başçısına etibar etmək Sizin əlinizdə olacaqdır. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz namizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifədir.

“Vətəndaş Birliyi” seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suverenliyimizin qo­runması üçün təsis olunmuş və Prezident seçkilərində mənim namizədliyimi irəli sürmüşdür. Vətəndaşlarımızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün Prezident seçkilərində namizəd olmağı qəbul etmiş və bu məsuliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm.

Bu gün nəinki bizim dostlarımız, hətta bizi sevməyən bədxah­lar belə ölkəmizin qazandığı uğurlardan və qələbələrdən hey­ranlıqla bəhs edirlər. Azərbaycanın bugünkü inkişafının davam­lılığını təmin etmək, onu məkrli təsirlərdən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəxsin çiyinlərinə ali və böyük məsuliyyət qoyur. 

Bu böyük missiya və şərəfli işi davam etdirmək üçün qatıldı­ğım Prezident seçkilərində mənə güvənəcəyinizə əminliyimi ifa­də edirəm.

“Vətəndaş Birliyi” seçki qərargahı­nın müəyyənləşdirdiyi və namizəd kimi rəhbər tutduğum prinsipial tezislər:

– MİLLİ BARIŞ, MƏSULİYYƏTLİ HAKİMİYYƏT. 

– PREZİDENT XALQIN XİDMƏ­TİNDƏ OLMALIDIR!

– NEYTRAL AZƏRBAYCAN.

– İNSAN ZƏKASI NEFT VƏ QAZ­DAN DAHA ƏHƏMİYYƏTLİDİR. 

– KORRUPSİYAYA YOX, YÜKSƏK QİYMƏTLƏRƏ YOX, İNHİSARÇILIĞA YOX.

– AŞAĞI VERGİ, DÖVLƏT QAYĞI­SI, LAYİQLİ MAAŞ.

– VARLI VƏTƏNDAŞ – VARLI ÖLKƏ.

“Vətəndaş Birliyi” seçki qərargahının namizədi Fuad Əliyevin seçki

PROQRAMI:

İdarəetmədə islahatlar:

- Azərbaycanda dövlət idarəet­məsində vətəndaş cəmiyyətlərinin iştirakının gücləndirilməsi; 

- Ölkənin ərazi idarəetməsində islahatlar aparılması. Prezidentin 7 region üzrə nümayəndəliyinin for­malaşdırılması. Mövcud icra haki­miyyətlərinin səlahiyyətlərinin bələ­diyyələrə verilməsi;

- Nazirlər Kabinetinin səlahiy­yətlərinin vitse-prezidentlik institutu ilə əvəz edilməsi;

- İdarəçilik sistemində bürokra­tiyanın qarşısını almaq məqsədilə dövlət idarələrinin təmərküzləşdiril­məsi;

- Ordu quruculuğunda çağırış sistemindən imtina edilməsi, peşə­kar döyüş qabiliyyətli ordunun qu­rulması.

Sosial-iqtisadi hədəflər:

- Əhali üçün yanacaq və elektrik enerjisi qiymətlərinin 2024-cu il ap­relin 1-dən aşağı salınması;

- Azərbaycanda yaşayış mini­mumunun, habelə sosial müavinət və pensiyaların artırılması. İnflya­siya göstəricilərini nəzərə alaraq minimum aylıq əməkhaqqının 500 manata qədər artırılması. Pensiya yaşının kişilər üçün 62, qadınlar üçün 59 yaş həddində müəyyən edilməsi.

- Müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibb sahəsində kor­rupsiyaya qarşı ünvanlı islahatların aparılması. Həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imta­hanlarının ləğv olunması;

- Ali təhsil sistemində rəqəmsal, habelə innovativ və nanotexnologi­yalar üzrə mütəxəssislərin hazırlan­masına xüsusi diqqətin ayrılması. Mühəndislik və informasiya texno­logiyaları kimi ixtisasların populyar­laşdırılması;

- Azərbaycan təhsilində 1985-ci ildən əvvəl dünyada ən yaxşı hesab edilən orta məktəb təhsili ənənələ­rinin bərpa edilməsi. Kurikulumdan imtina edilməsi;

- Vətəndaşların ödədiyi vergilə­rin azaldılması;

- Çörək istehsalının satışına və qiymətlərinə nəzarətin dövlətin inhi­sarçılığında olması; 

- Bakı şəhəri və digər böyük şəhərlərdə 7 mərtəbədən yüksək binaların tikilməsinə rəsmi qadağa qoyulması.

Beynəlxalq fəaliyyət:

- Azərbaycanın neytral ölkə sta­tusunun rəsmi elan edilməsi; 

- NATO və KTMT-yə bitərəf mü­nasibətin saxlanması;

- Şanxay Əməkdaşlıq Təşkila­tına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq istiqamətində fəaliyyət göstərilməsi və Türkdilli dövlətlər­lə əməkdaşlığın gücləndirilməsi. Ölkəmizin GUAM təşkilatından çıx­ması;

- Qərbi azərbaycanlıların təh­lükəsiz və ləyaqətli şəkildə ata-ba­ba torpaqlarına qayıdışının bey­nəlxalq müstəvidə ədalətli həllinə nail olunması. 

Əziz seçicilər,

Seçkiyə gəlin və gələcəyinizə səs verin!

Layiqli həyatınızı FUAD ƏLİYEV ilə qazanın!

Siyasət