2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
7 noyabr
• Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etdiyini bildirilib.
• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində həyata keçirilib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə mövqelərinə artilleriya zərbələri endirilib. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının birinci taborunun bölmələrinin şəxsi heyəti itkilərə məruz qalıb, D-30 artilleriya divizionunun 3-cü batareyasının topları sıradan çıxarılıb.
• Döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən geriyə çəkilməyə məcbur edilib. Bölmələrimiz tərəfindən Ermənistan ordusunun 178-ci əlahiddə kəşfiyyat taborundakı, eləcə də 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən daha sonra bildirilib ki, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə könüllülərdən və yerli sakinlərdən də istifadəyə başlayıb. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıblar.
Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.
• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.
• Düşmənin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində çoxlu sayda hərbi qulluqçusu məhv edilib.
• Tərtər rayonunun Səhləbad kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış bir ədəd zenit raketi və 9N235 bombacığı aşkar edilib. ANAMA-nın əməkdaşı Şahin Allahverdiyev bildirib ki, 206 millimetrlik 9N33 raketi “OSA” zenit raket kompleksindən, 9N235 bombacığı isə 9M525 raket sistemindən atılıb. Partlamamış raket və bombacıq ANAMA-nın əməkdaşları tərəfindən partlatma yolu ilə zərərsizləşdirilib.
• Ermənistanın silahlı qü vvələri elan edilmiş humanitar atəş kəs rejiminin tələblərini kobud ş əkildə pozmaqla dinc mü lki əhalimizə qarş ı cinayət əməllərini davam etdirib. Baş Prokurorluğ un Mətbuat xidmətindən bildirilib ki, düş mən tərəfin silahlı birləş mələri tərəfindən Bərdə rayonu mü xtəlif istiqamətlərdən intensiv raket və ağ ır artilleriyadan atəş ə tutulub. Saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaş ayış evinə mərmi düş məsi nəticəsində 2004-cü il təvəllü dlü Şahmalı Rəhimov həlak olub, yaş ayış evinə isə ciddi ziyan dəyib.
• Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub. Müdafiə Nazirliyinin məlumatına görə, bu istiqamətdəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib. Alayın gücləndirilməsi məqsədilə bura gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub. 62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində isə bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
Mustafa KAMAL
XQ



