Beynəlxalq müşahidəçilər Naxçıvanda

post-img

Beynəlxalq müşahidəçilər Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələrində olub, ayrı-ayrı məntəqələrdə seçkilərə hazırlığın gedişi ilə maraqlanıblar.

ATƏT-in Demokratik Qurumlar və İnsan Haqları üzrə Təşkilatının Nax­çıvandakı uzunmüddətli müşahidəçisi Kristoper Barber jurnalistlərə müsahi­bəsində bildirib ki, muxtar respublikaya növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün gəlib:

“Mənimlə birlikdə İsveçrədən olan həmkarım Martin Mayinedir burdadır. Biz fevralın 15-dək burada olacağıq. Seçki və seçkidən sonrakı müddəti mü­şahidə edəcəyik. Qeyd edim ki, bizə seçki ərəfəsində qısamüddətli müşahi­dəçilər də qoşulacaq.

Əsas məqsədimiz şəxsən nəyi müşahidə ediriksə, onları dəyərləndir­məkdən ibarətdir. Qərarlarımız tama­milə obyektiv və qərərsiz olacaq. Əsas komanda olaraq Bakıdan gəlmişik və hazırda gedən proseslər barədə ayın sonunadək hesabat verəcəyik.

Müxtəlif yerlərə baş çəkib müşahi­dələr aparırıq. Bura siyasi partiyalar, qeyri-hökumət təşkilatları, seçicilər, da­irələr və məntəqələr daxildir. İndiyədək hazırlıq prosesini müşahidə eləmişik. Hazırda məntəqələrdə hazırlıq işləri aparılır və lazımi avadanlıqlarla təmin edilir”.

XQ

Son xəbərlər