Məzahir Pənahov: Jurnalistlərin seçki prosesindəki rolu danılmazdır

post-img

Media ilə keçirdiyimiz tədbirləri unikal və əhəmiyyətli hesab edirəm. Ona görə ki, KİV-in fəaliyyatini məhdudlaşdırmaq olmaz.  Jurnalistlərin seçki prosesindəki rolu danılmazdır.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı dedi.

Məzahir Pənahov bildirdi ki, informasiya vasitələri seçki prosesini izləməklə yanaşı,  çatışmazlıqları araşdırmalı, aradan qaldırmaq üçün səy göstərməlidirlər: “ Nöqsan varsa, onlar ictimailəşməlidir. Çünki jurnalistin işi budur. Bu, dünyanın hər yerində belədir”. 

MSK-nın sədri diqqətə çatdırdı ki, Azərbaycan ənənələrinə sadiq qalaraq, sivil seçki keçirəcək: “Biz bunun məsuliyyətini hiss edirik. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik”

Rizvan FİKRƏTOĞLU,

Şahanə XANKİŞİYEVA,

Elşən AĞALAR (foto)

XQ

Son xəbərlər