Samir Dübəndi: İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq

post-img

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Bu il sözügedən tədbirlə əlaqədar turizm sahəsindən gözləntilərimiz daha çoxdur.

Bu barədə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum çərçivəsində keçirilən “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözlənilər” adlı paneldə Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi deyib.

“Postpandemiyadan sonra bərpa prosessləri dinamik formada davam edir. Ekologiya sahəsində yüksək inkişaf etmiş ölkə kimi tanınan Azərbaycanda COP29 tədbirinin keçirilməsi böyük uğurdur. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq”,-deyə assosiasiya sədri bildirib.

Mədəniyyət