Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan seçicilərin seçici siyahılarına daxil edilməsi üçün seçki dairələrinin siyahısının təsdiq edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

Azərbaycan Respublikası Seçki Məcəllə­sinin (bundan sonra – Seçki Məcəlləsi) 29.2-ci və 47.4-cü maddələrinə görə Azərbaycan Res­publikasının hüdudlarından kənarda yaşayan seçicilər seçki dairələri üzrə siyahıya alınırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Res­publikasının müvafiq diplomatik nümayən­dəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seç­ki Komissiyası) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasın­da prezident seçkiləri zamanı göstərilən seçi­cilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahısını təsdiq edir. 

Azərbaycan Respublikasının hüdudla­rından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan Respub­likası vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların Azərbaycan Respubli­kasının hüdudlarından kənarda daimi yaşa­ması faktı, habelə uzunmüddətli xarici eza­miyyətlərdə olması faktı əsas götürülür. 

2024-cü il fevralın 7-nə təyin edilmiş növ­bədənkənar Azərbaycan Respublikası Prezi­denti seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda da­imi yaşayan və uzunmüddətli xarici ezamiy­yətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar Xarici İşlər Nazir­liyi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. 

Mərkəzi Seçki Komissiyası həmin məlu­matlar əsasında seçicilərin seçicilər siyahısına salınması üçün müvafiq seçki dairələrinin si­yahısını təsdiq etməlidir. 

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Mə­cəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.2-ci, 35.6-cı və 47.4-cü maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləridə Azərbaycan Respubli­kasının hüdudlarından kənarda yaşayan seçi­cilərin seçici siyahılarına daxil edilməsi üçün seçki dairələrinin siyahısı təsdiq edilsin (əlavə olunur). 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər