Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbay­can Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci və 88.8-ci maddələrinə əsasən qərara alır:

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəz­dində mətbuat qrupunun yeni tərkib­də formalaşdırılması barədə” Mərkə­zi Seçki Komissiyasının 2008-ci il 4 sentyabr tarixli 17/85 saylı Qərarında aşağıdakı dəyişiklik edilsin: 

1. 1-ci hissədə “Lider” sözü “ARB 24” sözü ilə əvəz edilsin. 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər