Prezident seçkilərinə hazırlıq

post-img

İşğaldan azad edilmiş ərazilərdə ilk seçki

Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin bütün ərazilə­rini əhatə edəcək. Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərin­də prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə də təşviqat apara biləcək­lər. Artıq həmin ərazilərdə seçki məntəqələri yaradılmış və seçicilərlə görüş üçün yer ay­rılmışdır. 

MSK-nın məlumatınaa görə, prezident­liyə namizədlər Zəngilan rayonunun Ağalı kəndində, Şuşa və Laçın şəhərində, həmçinin Laçın rayonunun Zabux kəndində seçicilərlə görüşə biləcəklər. Namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbdə, Zəngilan rayonu­nun Ağalı kəndindəki Fəvvarələr meydanın­da, Ağalı kənd tam orta məktəbində, Laçın şəhəri bulvar ərazisində və Lasinema Kino Mərkəzində, həmçinin rayonun Zabux kənd tam orta məktəbində seçicilərlə görüşəcəklər.

Xatırladaq ki, bu il fevralın 7-nə təyin edil­miş növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərdə ilk dəfə keçiriləcək.

Seçki maarifləndirməsi tədbirləri davam etdirilir

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkilərinin yük­sək səviyyədə təşkili, azad və ədalətli ke­çirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı təd­birlər gerçəkləşdirilməkdədir.

Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə layihə çərçivəsində yanvarın 9-dan etibarən regional seminar-müşavirələrə başlayıb. Prezident seçkilərində polis əməkdaş­larının xidməti fəaliyyətinin daha da təkmilləş­dirilməsinə həsr edilən tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nü­mayəndələrinin iştirakı nəzərdə tutulur.

Seminar-müşavirələrdə Mərkəzi Seçki Ko­missiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müva­fiq qurumlarının nümayəndələrinin prezident seçkilərinin hazırlanıb keçirilməsi proseslərin­də polis əməkdaşlarının qanunvericiliklə müəy­yənləşdirilmiş rol və vəzifələri barədə müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

İlk seminar-müşavirə yanvarın 9-da Ba­kıda keçirilib. Maarifləndirmə tədbirləri növ­bəti mərhələdə yanvar ayı ərzində Gəncədə, Şəkidə, Şirvanda və Naxçıvanda keçiriləcək.

Xatırladaq ki, seçkilərdə polisin xidmə­ti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Daxi­li İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb. Kitab­ça aidiyyəti üzrə lazımi yerlərə çatdırılıb.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər