Mərkəzi Seçki Komissiyasının növbəti iclası

post-img

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə komissiyanın yanvarın 6-da keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra fevralın 7-nə təyin edilmiş növbə­dənkənar Azərbaycan Respublikası Preziden­ti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürül­müş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, namizədliyi Böyük Quruluş Partiyası tərəfin­dən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mus­tafanın, namizədliyi Böyük Azərbaycan Parti­yası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizəd­liyinin qeydə alınması məsələsinə baxılıb. Proseslərin gedişi barədə ətraflı məlumat ve­rilərək bildirilib ki, sözügedən namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər səlahiyyətli nümayəndələri tərəfin­dən Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada mü­vafiq araşdırma aparılıb, namizədlərin qeydə alınması üçün əsasların olması müəyyən edi­lib. 

Komissiya geniş müzakirələrdən sonra namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhə­si Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, namizədli­yi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Mu­sayevin və namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbay­can Respublikası Prezidenti seçkilərində na­mizəd kimi qeydə alınmasına qərar verib.

İclasda fevralın 7-nə təyin edilmiş növbə­dənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkə hüdudlarından kə­narda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə seçki dairələrinin siyahı­sının təsdiq edilməsi məsələsinə də baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.

Komissiyanın iclasında, habelə Mərkə­zi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyi­şiklik olunub.

Beynəlxalq müşahidə missiyası təmsil­çisi, prezidentliyə namizədin və namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri, məşvərətçi səs hüquqlu ko­missiya üzvü, xüsusi icazə almış müşahidəçi və media qurumları nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyi­şikliklər olunub və cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər