Polis və seçkilər mövzusunda təlimlər

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkili, azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər gerçəkləşdirilməkdədir.

Mərkəzi Seçki Komissiyası Daxili İş­lər Nazirliyi ilə birgə layihə çərçivəsində yanvarın 9-dan etibarən regional semi­nar-müşavirələrə başlayıb.

Prezident seçkilərində polisin əmək­daşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbir­lərdə dairə seçki komissiyalarının sədr­ləri və polis orqanlarının nümayəndələri iştirak edirlər.

Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katib­liyinin əməkdaşları və Daxili İşlər Nazirli­yinin müvafiq qurumlarının nümayəndələ­rinin prezident seçkilərinin hazırlanıb keçirilməsi proseslərində polis əməkdaş­larının qanunvericiliklə müəyyənləşdiril­miş rol və vəzifələri barədə müxtəlif möv­zularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

İlk seminar-müşavirə yanvarın 9-da Bakıda keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsində ke­çirilən seminar-müşavirənin açılışında Mərkəzi Seçki Komissiyasının üzvü Ra­miz İbrahimov seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları, Azərbaycan Res­publikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkili ilə bağlı görülən işlər­dən danışıb.

DİN-in Bakı Şəhər Baş Polis İdarə­sinin rəis müavini Eldəniz Məmmədov deyib ki, fevralın 7-nə təyin edilmiş növ­bədənkənar prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təh­lükəsiz və demokratik şəraitdə keçirilmə­si, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində müvafiq Tədbir­lər Planı təsdiqlənib və icrası xüsusi nə­zarətə götürülüb.

Növbədənkənar prezident seçkilə­ri zamanı asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükə­sizliyin təmini sahəsində Bakı Şəhər Baş Polis İdarəsi və rayon polis idarələri tərə­findən təhlükəsizlik tədbirləri yüksək sə­viyyədə təşkil olunacaq.

Baş İctimai Təhlükəsizlik İdarəsinin profilaktiki işin təşkili idarəsinin rəisi, po­lis polkovnik-leytenantı Sənan Əliyev və həmin idarənin Milli-dini işlər üzrə şöbə­sinin rəisi, polis polkovniki Oqtay Tağıyev seçki kampaniyası dövründə və seçkilə­rin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və MSK-ya gətirilərkən təhlükəsizlik tədbirlərinin görülməsindən söz açıblar.

Qeyd edək ki, maarifləndirmə tədbir­ləri növbəti mərhələdə yanvarın 12-də Gəncədə, yanvarın 14-də Şəkidə, yan­varın 16-da Şirvanda və yanvarın 18-də Naxçıvanda keçiriləcək.

Sonda seminar-müşavirə iştirakçıla­rının sualları cavablandırılıb, müzakirələr aparılıb.

XQ

Son xəbərlər