Naxçıvan Ali Məclisi payız sessiyasının iclası

post-img

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının altıncı iclası keçirilib.

Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

“İşsizlikdən sığorta fondunun ­2023-cü il büdcəsi haqqında”  Qanun layihəsi barədə əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov məlumat verib. Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova layihə barədə komitənin rəyini diqqətə çatdırıb. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı qeyd olunub ki, Nazirlər Kabineti müvafiq qanun layihəsini Ali Məclisə təqdim edib. Bildirilib ki, ümumilikdə, İşsizlikdən sığorta fondunun 2024-cü il üzrə gəlirləri 6 milyon 118 min 319 manat ­məbləğində proqnozlaşdırılır. Haqqı ödənilən ictimai işlərin təşkili üzrə növbəti ildə 400 min manat vəsait xərclənməsi nəzərdə tutulur. Sosial siyasət komitəsinin qanun layihəsi barədə rəyi diqqətə çatdırılıb. Layihə səsə qoyularaq söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla birinci oxunuşda qəbul edilib.

Daha sonra Ali Məclis sədrinin müavini gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsi birinci oxunuşda qəbul olunub. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti layihənin yenilənmiş variantını Ali Məclisə təqdim edib. Qanun layihəsi ilə əlaqədar İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib. Layihə səsə qoyularaq ikinci oxunuşda əsas kimi qəbul edilib.

Bununla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb.

XQ

 

Son xəbərlər