Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb

post-img

Bakıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi davam edir. 

Dekabrın 5-də səhər saatlarından FIA prezidenti Mohammed Ben Sulayemin işti­rakı ilə FIA Baş Assambleyası çərçivəsində iclaslar başlayıb.

Qeyd edək ki, FIA həftəsində iştirak et­mək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Bakıda bir araya gəliblər. 

İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanı­dır və Beynəlxalq Avtomobil Federasiyası­nın üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan), mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sə­nayesi sahəsində müxtəlif mövzuları müza­kirə etməkdir.

Ümumilikdə, federasiyanın Bakı tədbir­lərində 128 ölkədən gələn nümayəndələr, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr qatılırlar. 

FIA Baş Assambleyasının daxili iclasları dekabrın 8-dək davam edəcək. Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası olacaq. 

XQ

Son xəbərlər