Qanunsuz saxlanılan silahlar təhvil verilir

post-img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Dekabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3  ədəd tapança, 1 ədəd qumbara,  10 ədəd patron darağı,  363 ədəd müxtəlif çaplı patron, 16 ədəd müxtəlif markalı tüfəng, 2 süngü bıçaq və 1 səsboğucu təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 2 tüfəng, 1 patron darağı və 5 patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər