Bəşəriyyəti 3 böyük təhlükə gözləyir

post-img

Dünya şöhrətli filosofun proqnozları

Ermənistanda keçirilən “Elm və biznes günləri – 2023” festivalının fəxri qonağı, dünya şöhrətli filosof, yazıçı və alim Nassim Taleb paytaxt İrəvanda mətbuat konfransı zamanı çıxış edərkən, dünyanı gözləyən 3 qlobal risk barədə proqnoz verib. Yeni epidemiyalar və ya maliyyə çöküşləri ilə bağlı sualı cavablandıran alim qeyd edib: “Mən bir neçə təhlükə və ya potensial inkişaf görürəm. Əvvəla, bu pandemiyadır. Pandemiyadan, hələ koronavirusdan əvvəl, “Qara qu quşu” kitabımda danışmışdım. Bunun böyük bir risk mənbəyi olduğunu gördük”. Yazıçı gələcəkdə də müxtəlif epidemiyaların ola bilməsi ehtimalı üzərində dayanıb.

N.Talebin ikinci risk proqnozu dün­yadakı mövcud maliyyə sisteminin if­lası ilə bağlıdır. “2008-ci ildə ABŞ-dakı böyük maliyyə böhranı insanların həya­tına əksər əsas xəstəliklərdən daha çox mənfi təsir göstərdi. Bütün bunları yum­şaltmaq, qarşısını almaq üçün tədbirlər görmək lazımdır”, – deyə alim bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-da ən böyük risk ölkədə daşınmaz əmlak bazarının çökməsidir.

N.Taleb fikirlərini yekunlaşdıraraq belə qənaətə gəlib: “Birinci məqam pandemiya, ikincisi maliyyə böhranı, çöküş, üçüncüsü Qərb ölkələrinin borc­larının getdikcə artan səviyyəsidir. İndi həmişəkindən daha çox borc var və keçmiş dövlət borcuna faizlər yığılır. Bu, dayandırılması çətin olan fırtınadır. Əgər sizə desələr ki, əsl risk Çin, Qəz­za zolağı, Ukrayna ilə bağlıdır, bu, heç də belə deyil. Hesab edirəm ki, sadala­dıqlarım özündə daha çox riski ehtiva edir”.

R.ƏVƏZ
XQ

Son xəbərlər