Azərbaycanın antikorrupsiya təcrübəsi dünyada maraq doğurur

post-img

Prezident İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılır, ölkəmiz bu sahədə mühüm institusional təşəbbüs olan ASAN brendinin müəllifidir. Həmçinin beynəlxalq əməkdaşlığa xüsusi önəm verilərək dövlətimiz dünyanın 160 qurumunu birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri olmaqla onun işində fəal iştirak edir, Azərbaycanın ədliyyə naziri IAACA-nın vitse-prezidentidir.

IAACA tərəfindən korrupsiyaya qar­şı mübarizədə beynəlxalq səylərin güc­ləndirilməsinə, bu sahədə fəaliyyətin əlaqələndirilməsinə və təcrübə müba­diləsinə dəstək göstərilir, digər dövlət­lərin antikorrupsiya orqanları və bey­nəlxalq şəbəkələrlə əməkdaşlıq edilir. Həmçinin tədris, maarifləndirmə və di­gər tədbirlər təşkil olunaraq dövlətlərin antikorrupsiya təcrübəsi təşviq edilir, bu məqsədlə qurumun sosial media platformasında maarifləndirici video-çarxlar nümayiş etdirilir.

Bununla əlaqədar Azərbaycanın Əd­liyyə naziri, Assosiasiyanın vitse-prezi­denti Fikrət Məmmədov korrupsiya ilə mübarizəyə töhfə verən, dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış –“ASAN xidmət”in yüksək vətəndaş məmnunluğu doğuran və şəffaflığı tə­min edən fəaliyyətindən bəhs edib.

Bununla bağlı IAACA-nın sosial me­dia platformasında yayımlanan video­çarxda ASAN mərkəzlərinin fəaliyyəti, müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətən­daşlara, o cümlədən, səyyar qaydada göstərilən 400-dən çox xidmət barədə ətraflı məlumat verilir.

Bildirilir ki, vətəndaşların xidmət­lərdən məmnunluq əmsalı 100 faizə yaxındır, bu təşəbbüs beynəlxalq sə­viyyədə tanınır və Azərbaycanın “ixrac edilən” brendinə çevrilmiş ASAN mode­li artıq digər dövlətlər tərəfindən tətbiq olunur. “ASAN xidmət” BMT-nin bir sıra təltiflərinə, habelə cari ildə 10-cu Dün­ya Hökuməti Sammitində “Dünyanın ən yaxşı hökumət xidməti” mükafatına layiq görülüb. 

IAACA tərəfindən Azərbaycanın təşəbbüskarlığı və bölüşdüyü təcrübəsi maraqla qarşılanaraq təqdir olunub.

XQ

Son xəbərlər