Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva 18 yaşadək qızlar arasında dünya çempionatının qalibi adını qazanıb.
100-dən çox ölkənin ən qabaqcıl şahmatçı qızlarının yarışında 11 turdan 9,5 xal toplayan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Ayan Allahverdiyeva 2015-ci ildə 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci olub. İki il sonra 12 yaşlı qızların qrupunda üçüncü yeri tutub. 2018-ci ildə Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb. 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionatının qalibi olub.
XQ