Axtarışda olan 186 nəfər saxlanılıb

post-img

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 16-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Məlumatda bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 186, o cümlədən borclu şəxs qismində axtarışda olan 162 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

XQ

Son xəbərlər