Oğurluq

post-img

Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq saxlanılıb. 

Xəzər rayonunda da oğurluq faktı aşkarlanıb. RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Türkan qəsəbəsi ərazisində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7700 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Zamin Cəfərov müəyyən olunaraq saxlanılıb.   

Hər iki faktla bağlı araşdırma aparılır.

XQ

Son xəbərlər