Bir neçə kliklə köhnə videoların və GIF fayllarının keyfiyyətini yaxşılaşdıran texnologiya yaradılıb. Texnologiya obyektlərə detallar da əlavə edə bilir.
Bildirilir ki, fotoşop tərtibatçısı olan “Adobe” şirkətinin yaratdığı bu texnologiya “Project Res-Up” adlanır. Bu, videoların və GIF-lərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan süni intellektlə işləyən bir vasitədir.
Videolardan əlavə “Res-Up” GIF-lərlə də işləyə bilər. Belə ki, bu texnologiya sayəsində köhnə illüstrasiyalara yeni nəfəs vermək mümkün olacaq.
Qeyd edək ki, digər şirkətlərin də oxşar süni intellekt alətləri var. Məsələn, yüksək səviyyəli “NVIDIA” və “AMD” videokartlarının sahibləri videolara real vaxt rejimində “YouTube” və digər xidmətlərdə təkmilləşdirilmiş keyfiyyətlə baxa bilərlər.
XQ