“SpaceX”in baza stansiyalarına ehtiyacı yoxdur

post-img

“SpaceX” şirkəti yeni xüsusiyyətini təqdim edib. Artıq baza stansiyalarına ehtiyac olmayacaq. Belə ki, “Starlink Direct to Cell” xidməti istifadəçilərə hər yerdə zəng etmək, mesaj göndərmək və internetə qoşulmaq imkanı verəcək.

Şirkət “Starlink Direct to Cell” xidmətini bu cür təsvir edir: “Səmanı görə bildiyimiz hər yerdə mövcud LTE telefonları iş­ləyəcək. Aparat, proqram təminatı və ya xüsusi proqramlarda heç bir dəyişiklik tələb olunmayacaq və mətnə, səsə, məlumat­lara qüsursuz çıxış təmin ediləcək.”

Qeyd edək ki, “SpaceX” şirkəti bu özəlliyi tanıtmaq üçün “direct.starlink.com” internet səhifəsini artıq yayımlayıb.

ƏFSANƏ
XQ

Son xəbərlər