Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 14 Oktyabr 2023-cü ildə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirildi.
Ədəbi-bədii gecəni İsmayllı rayon İcra Hakimiyətinin əməkdaşı Gülər Baxışova açaraq tədbir iştirakçılarını salamladı, kəlağayımızın keçmişindən, bu günündən, bu günkü geniş təbliğatından danışdı. Sonra sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlıya verdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Güllü Eldar Tomarlı layihənin təşkili, mahiyyəti haqqında məlumat verdi.Bildirdi ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır. Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclsi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, məclisin idarə heyətinin üzvləri Vüsal Ağa, Mərziyyə Sarvan, şairlər- Mətanət Uluşirvanlı, Turac Hilal, Roman Səfərov, Xatun İsmayıllı, Nial instrumental ansamblı, ansamblın solisti, Əməkdar Mədəniyyət işçisi Sahibə Abdullayeva, xanəndə Qalib Güləliyev çıxış etdilər. İsmayıllı rayonu R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin direktoru Yeganə Ağayeva kəlağayı haqqında maraqlı məlumatlar verdi, məktəbin şagirdləri kəlağayı haqqında şeirlər söylədilər.
Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olundu. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür etdi.
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki rayonlarında kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi və kəlağayı haqqında kitabın nəşri nəzərdə tutulmuşdur.