Soydaşlarımız Xankəndiyə dönəcəkləri günü gözləyirlər

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndidən məcburi köçkün düşmüş vətəndaşların bir qrupu ilə görüşüb.

Görüşdə İşğaldan azad edil­miş ərazilərdə, dövlətimizin baş­çısının təsdiqlədiyi Dövlət Proq­ramı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıl­dığı, doğma yurd yerlərimizə Bö­yük Qayıdışın başlandığı məm­nunluqla qeyd edilib. 

Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu ar­zunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. Hazırda isə onlar mü­vafiq dövlət orqanlarının icazə­si olduğu təqdirdə Xankəndiyə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün şəra­it yaradılmasını xahiş edirlər.

Görüş iştirakçılarının mü­raciətləri qeydə alınıb, sualları cavablandırılıb, onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.

XQ

Son xəbərlər