“Google” da Qarabağı özünə qaytardı

post-img

İnternet şəbəkəsinin nəhənglərindən “Google” dünəndən etibarən özünün Azərbaycanla bağlı xəritəsinə dəyişiklik edib. Artıq Qarabağ iqtisadi rayonunda erməni coğrafi adları olmayacaq.

Bundan əvvəl “Google xəritədə eyni yer adlarını həm erməni (Stepanakert, Martuni, Mardakert və s.), həm də Azərbaycan (Xankəndi, Xocavənd, Ağdərə və s.) dilində verirdi. Artıq sonuncu yenilənmədən sonra izləyicilərə toponimlərin, istisnasız olaraq, Azərbaycan versiyası təqdim edilir. 

Qeyd edək ki, sözügedən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun şəkildə həyata keçirilib. Çünki 2023-cü il sentyabrın 28-də Qa­rabağdakı separatçı inzibatı vahid özünü buraxdığını elan etmişdir. 

Sevda
XQ

Son xəbərlər