“Qarabağ”–“Sumqayıt”: Böyük hesablı qələbə

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tur start götürüb. XQ Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun açılış matçında Ağdamın  "Qarabağ" klubu ilə gənclik şəhərinin eyni adlı komandası-- "Sumqayıt" qarşılaşıb.

Bildirək ki, "Azersun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 22 və 27-ci dəqiqələrdə Olavio Juninyo fərqlənib. "Qarabağ"ın üçüncü qolunu 42-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən (penalti) Toral Bayramov vurub. 44-cü dəqiqədə "köhlən atlar"ın heyətindən Leandro Andrade fərqlənib. 49-cu dəqiqədə isə  Abdullah Zubir hedabı 5:0-a çatdırıb. Bundan sonra matçda hesab dəyişməyib. Beləliklə, görüş ağdamlıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. Hazırda komanda turnir cədvəlində 2-ci pillədədir. "Gənclik şəhəri" təmsilçisi isə hələlik 8 xalla 7-ci sıradadır.

Qeyd edək ki, tura bu gün və sabah keçiriləcək matçlarla yekun vurulacaq.

 

Elçin ABBASOV

XQ

İdman