BMT: Qarabağdan gedən ermənilərə qarşı heç bir neqativ rəftar qeydə alınmayıb

post-img

BMT bəyan edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistana keçməsi zamanı heç bir neqativ müraciət qeydə alınmayıb. Məlumatı “Anadolu” yayıb. 

Təşkilatın Qaçqınlar üzrə Ali Komissarının nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisində keçirdiyi mətbuat konfransında Qarabağdan minlərlə insanın Ermənistana miqrasiya etdiyini, onların Ermənistandakı durumlarının onlayn qaydada müşahidəsini apardığını bildirib. 

“Anadolu”nun “Səfər zamanı bu adamlara qarşı hansısa sərt münasibət göstərilibmi” – sualına Belani belə cavab verib: “Mən bilirəm ki, indiyədək heç bir insident qeydə alınmayıb. Heç bir sərt rəftar da qeydə alınmayıb. Bu, uzun yoldur, yollarda tıxac var, amma azərbaycanlılar tərəfindən heç bir pis rəftar olmayıb”. 

P.ƏMİRCANOV

XQ

 

Siyasət