Ərdoğan: Türkiyənin müdafiə sənayesi uğurla inkişaf edir

post-img

Türkiyə müdafiə sənayesi sahəsində 850 vacib layihəni uğurla həyata keçirir. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan İzmirdə TEKNOFEST aviasiya, kosmonavtika və texnologiya festivalında bəyan edib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan deyib ki, müdafiə sənayesi sahəində uğurlu addımlarla yanaşı, ölkənin ixrac imkanları da artır: “Məqsədimiz bu il müdafiə sənayesi məhsullarının ixracını 6 milyard dollara çatdırmaqdır”. 

Prezident əlavə edib ki, bu il “Qızıl alma” PUA-sının sınaqları başa çatacaq və onun Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilməsindən sonra bu sahədə yeni üfüqlər açılacaq. 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya