Beynəlxalq Oğuz Türkcəsi Konfransı

post-img

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Beynəlxalq Oğuz Türkcəsi Konfransı keçirilib. Tədbir 26-27 sentyabr tarixlərində iki gün davam edib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən, ölkələrimiz arasında qədim ta­rixə və zəngin köklərə malik dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Tədbirdə Azərbay­can və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıs­tan, Qırğızıstan və Şimali Kipr Türk Respublika­sından görkəmli alim və şairlər iştirak ediblər.

Konfransda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazı­çısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı və digər çıxış edənlər Azərbaycan–Türkiyə, eləcə də Türk dövlətləri arasında elmi, mədəni əlaqələrin geniş­lənməsində və inkişafında konfransın əhəmiyyə­tini qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıblar.

Tədbir öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam et­dirib. Bölmə iclaslarında “Azərbaycanda Oğuz türkcəsinin tədqiqi ənənələri və qarşıda duran vəzifələr”, “Türk dilləri ailəsində Oğuz türkcəsinin yeri və mövqeyi”, “Oğuz” və “Oğul”un kökən bir­liyi”, “XI-XIII yüzillikdə Səlcuqlu coğrafiyası türk­cəsinin durumu” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Beynəlxalq konfransın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunu da ziyarət edəcəklər.

XQ

Son xəbərlər