Gələn ilin büdcəsi 37 milyard manata yüksələcək

post-img

Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın gələn il üçün dövlət büdcəsi 37 milyard manata yaxın olacaq. Büdcənin gəlirləri və xərcləri isə ilkin variantla müqayisədə 408 milyon manat artırılacaq. 

Nazirlər Kabinetinin sentyabrın 23-də keçirilmiş və bü­dcə layihələrinin müzakirəsinə həsr olunmuş iclasında qəbul edilən qərara əsasən, büdcənin gəlirləri ilə bağlı proqnoz 33 milyard 765 milyon manatdan 34 milyard 173 milyon ma­nata, büdcənin xərcləri ilə bağlı proqnoz isə 36 milyard 355 milyon manatdan 36 milyard 763 milyon manata çatdırılıb. 

XQ

İqtisadiyyat