Kənddə müasir müəssisələr

post-img

23 belə aqropark fəaliyyət göstərir

İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ölkəmizdə indiyədək 23 aqropark qeydiyyata alınıb. Bunlardan 21-i özəl, 2-si isə dövlət aqroparklarıdır. Bundan əlavə, ötən müddətdə 59 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu barədə XQ-yə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Xatırladaq ki, aqroparkların fəaliyyətlərində dəyər zəncirinin formalaşdırılması və səmərəliliyinin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 de­kabr tarixli fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub. Sözügedən sənədə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən aqroparkla­rın rəsmi qeydiyyata alınması prosesinə başlanılıb.

XQ

İqtisadiyyat